Slimfit
  1. DÜNYA

Apple-dan Facebook və Google şirkətlərinə qarşı gözlənilməz addım

Apple-dan Facebook və Google şirkətlərinə qarşı gözlənilməz addım
Sakura

Apple-dan Facebook və Google şirkətlərinə qarşı gözlənilməz addım

Fins.az-ın məlumatına görə, Apple, Google şirkətinin Enterprise Developer Program sertifikatını ləğv edib. Enterprise Developer Program sertifikatı, iOS platforması üçün nəzərdə tutulan tətbiqləri App Store –a yükləmədən sınaqdan keçirməyə imkan verirdi. Hadisədən bir neçə saat sonra Apple, Google sertifikatını yenidən bərpa edib. Google şirkəti sözü gedən sertifikat olmadan iPhone cihazlarını dəstəkləyəcək: Google Maps, Gmail и Hangout tətbiqlərinin beta-versiyalarının işini sınaqdan keçirə bilmir. Bundan əlavə iOS platforması üzərindən şirkət əməkdaşları üçün nəzərdə tutulan tətbiqlərin fəalliyyəti belə dəstəklənmirdi (məsələn: xidməti avtobusların cədvəli). Sertifikatdan məhrum edilmənin əsas səbəbi olaraq Apple şirkətinin haqlarının pozulması göstərilir. Google, sertifikatı Screenwise Meter tətbiqinin istifadəçiləri arasında App Store şəbəkəsindən istifadə etmədən paylaşdığı üçün cəzalanıb. Tətbiqdən istifadə edərək Google, istifadəçilərin icazəsi ilə onların aktivliyini müşahidə edə bilirdi. TechCrunch agentliyi məsələyə münasibət bildirdikdən sonra Google, tətbiqi silərək Apple şirkətindən üzr istəyib. Eyni tipli qayda pozuntusuna görə 31 yanvar tarixində Apple, təchizatçı Facebook şirkətini də, sertifikatdan məhrum edib. Facebook, tətbiqi App Store-dan istifadə etmədən beta-sınaq platformaları vasitəsi ilə paylaşıb. Qeyd edilir ki, daha sonra Facebook şirkətinin də sertifikatı bərpa edilmişdir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR