Apple Card-ın satışa çıxarılacağı tarix məlum oldu
Apple Card adı altında Apple və Goldman Sachs şirkətlərinin kredit kartlarının verilməsinə avqustun ilk yarısında başlanılacaq, bu barədə Bloomberg agentliyi xəbər verib.
iPhone istifadəçiləri Wallet proqramı vasitəsilə kartı rəsmiləşdirə biləcəklər, bu da iOS 12.4 əməliyyat sistemi yenilənməsi çərçivəsində Apple Card dəstəyi əldə edəcək. Kartın köməyi ilə sahibləri fiziki kartın istifadəsi ilə edilmiş alış-verişdən 1%, Apple Pay ilə edilmiş alış-verişdən 2% və Apple xidmətləri və ya məhsullarının alış-verişindən 3% geri qaytara biləcəklər.
Apple şirkətinin direktoru Tim Kuk və Apple Pay şirkətinin icraçı direktoru Cenifer Beyli bu ilin mart ayının sonunda Kupertinodakı (Kaliforniya) Stiv Cobs teatrındakı təqdimat mərasimində Apple Card ödəniş kartını təqdim etdilər. Bildirilirdi ki, kart sahibinə məbləğ, tranzaksiyanın vaxtı və aparılma yeri haqqında məlumatlar veriləcək. Bundan başqa, istifadəçilər ayarlarda cərimələrin ödənilməsi və ya ödənişlərin edilməsi haqqında bildirişlər təyin edə biləcəklər.
Apple və Goldman Sachs kartın hazırlanması layihəsi üzrə məsuliyyətlərini bölüşdürdülər. Texnologiya nəhəngi Apple Card dizaynını və iPhone üçün proqram interfeysini hazırladı. İnvestisiya bankı da öz növbəsində tranzaksiyaları emal edərək və hesablat üçün informasiyanı toplayaraq birbaşa kartın işinə cavabdehdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət