Slimfit
  1. TEXNOLOGİYA

“Apple” bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıb

“Apple” bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıb
Sakura

“Apple” bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıb

“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda, “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, “Apple” şirkətinin bükülən telefon istehsal etmək planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında “LG” şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdi, həm də “Apple” həmin şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə “iPhone” üçün bükülən ekranların istehsalına başlanıla bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR