Slimfit
  1. TEXNOLOGİYA

«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq

«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq
Sakura

«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq

“Apple” şirkəti akkumulyatoru “Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni “iPhone” aparatlarında proqram bloklaması tətbiq edib. İstifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.
ICTinfo.az” “hitech.vesti.ru” resursuna istinadən bildirir ki, “Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə (“iPhone Xr”, “Xs” və “Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.
Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür. Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu “Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR