Slimfit
  1. TEXNOLOGİYA

Apple AirTag axtarış trekerinin render fotoları təqdimatdan öncə sızdırılıb

Apple AirTag axtarış trekerinin render fotoları təqdimatdan öncə sızdırılıb
Sakura

Apple AirTag axtarış trekerinin render fotoları təqdimatdan öncə sızdırılıb

Apple şirkətinin bugün axşam baş tutacaq təqdimat tədbirindən öncə internetdə şirkətin ən çox gözlənilən yeni məhsullarından birinin render fotoları ortaya çıxıb. Söhbət, itmiş cihazların tapılması üçün nəzərdə tutulmuş AirTag adlı axtarış trekerindən gedir. Məşhur insayder Jon Prosser sözügedən cihazın dizaynını sərgiləməklə yanaşı həmçinin onun texniki özəllikləri və qiyməti barəsində də məlumat verib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə təqdim edilmiş render fotolara əsasən AirTag cihazı qəpik formasında hazırlanıb.

Cihazın gövdəsində yazılmış yazıya əsasən AirTag cihazı U1 çipi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu çip keçən il iPhone 11-in təqdimatı zamanı təqdim olunmuşdu. Bu isə o deməkdir ki, sözügedən çip vasitəsilə AirTag öz yerləşdiyi yer barəsində məlumatı Bluetooth və Wi-Fi modullardan daha dəqiq verəcək. Məlumata əsasən sözügedən cihazın yerini iOS, iPadOS və macOS əməliyyat sistemlərində olan Find My tətbiqi vasitəsilə təyin etmək mümkün olacaq. İnsayder qeyd edib ki, Apple şirkətinin bu yeni məhsulu 69$-99$ qiymətində satışa çıxacaq.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR