APOEL-in baş məşqçisi: Bu nəticəyə görə xoşbəxtəm
Çox gərgin oyun oldu. Biz çox güclü komandaya qarşı oynadıq. Öz komandamın çıxışından çox razıyam.
Oxu.Az xəbər verir ki, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dol deyib.
“Qarabağ” bu gün UEFA Avropa Liqası çərçivəsində artıq cari mövsüm iki dəfə qarşılaşdığı APOEL ilə üz-üzə gəlib. Komandamız yenə bu rəqibini Bakıda məğlub edə bilməyib - 2:2.
Alman məşqçi Bakıdakı görüş barədə fikirlərini bildirib:
“İkinci hissədə “Qarabağ” daha çox hücum etdi. Biz bu gün uduzmağa layiq deyildik. Ona görə də hesabı ədalətli hesab edirəm. APOEL qrupdan çıxmaq üçün mübarizəyə qoşuldu deyərdim. Burada digər komandalar da çətinlik çəkəcək. “Qarabağ” çox əla komandadır. Amma biz növbəti oyunu evdə keçirəcəyik. Kiprdə qalib gəlsək, “Qarabağ”la xallarımız eyniləşəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət