Aparat rəhbəri: "Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır"
"Bu gün Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır".
"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.
O bildirib ki, həkimlərin sayına görə şəhər və rayonlarda çox böyük qeyri-bərabərlik var: "Mənə elə gəlir ki, islahatlar aparıldıqca bu rəqəmlər də dəyişəcək".
O qeyd edib ki, artıq bir neçə ay əvvəl ölkə başçısı İlham Əliyevin təlimatı ilə əlilliyin qarşısının erkən alınması ilə bağlı milli fəaliyyət planı təsdiq olunub: "Planın əsas iştirakçısı Səhiyyə Nazirliyidir. Eyni zamanda planın icrasında digər dövlət qurumları da iştirak edir. Plana əsasən çoxsaylı tədbirlər həyata keçiriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət