Dərc edildi: Baxış sayı: 728
APA fəaliyyətini bərpa etdi
“APA Holdinq” fəaliyyətini bərpa edib.
Dizaynında azca dəyişiklik edən Apa.az üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən işini davam etdirir.
Xatırladaq ki, “APA Holdinq”ə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmış, nəticədə Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı.
Bu ilin fevral ayında “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı. Bunun ardınca isə Lent.az (Kulis.az mədəniyyət saytı ilə birgə) və Vesti.az fəaliyyətini bərpa etmişdi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət