Slimfit
  1. DÜNYA

AP-dən şok qətnamə: Bu ölkənin baş naziri getməlidir

AP-dən şok qətnamə: Bu ölkənin baş naziri getməlidir
Sakura

AP-dən şok qətnamə: Bu ölkənin baş naziri getməlidir

Avropa Parlamenti çərşənbə günü Malta Baş naziri Cozef Muskatın təcili istefaya getməsinə çağırış edən qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, qətnamədə Avropa Parlamenti üzvləri Muskatın hakimiyyətdə olduğu müddət ərzində jurnalist Dafna Karuana Qaliçiyanın qətlinin qərəzsiz araşdırılmasıyla bağlı ciddi şübhələri olduqlarını ifadə ediblər.

Qətnamədə həmçinin Muskatın baş nazirliyini demokratiya üçün biabırçılıq adlandırılıb.

Sənəddə həmçinin korrupsiya və çirkli pulların yuyulması işiylə bağlı tədqiqatda heç bir irəliləyişin olmadığı bildirilib.

Qeyd edək ki, Dafna Karuana Qaliçiya 2017-ci ilin payızında avtomobili partladılaraq qətlə yetirilib. Ölümündən öncə o, Malta baş naziri və köməkçilərinin korrupsiya ilə əlaqəsi məsələsini araşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR