Dərc edildi: Baxış sayı: 745
Antonio Banderas Kann kinofestivalında ən yaxşı kişi roluna görə mükafat alıb
Aktyor Antonio Banderas Pedro Almodovarın "Ağrı və şöhrət" filmindəki roluna görə Kann kinofestivalında ən yaxşı kişi obrazı mükafatına layiq görülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Banderras filmdə tədricən yaddaşını itirən istedadlı rejissoru canlandırır.
"Biz birlikdə çox filmdə işləmişik. Mən ona sonsuz dərəcədə hörmət bəsləyirəm. Bu mükafatı ona həsr edirəm…həyat yolunda ağrılara rast gəlinir, lakin bu gün mənim şöhrət gecəmdir", - deyə Banderas mükafatı alarkən bildirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət