Antiperspirantlar bu ağır xəstəliyin səbəbi ola bilər
Almaniya alimləri sübut edir ki, antiperspirantlarıdan istifadə ağır nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər.
Bunun səbəbi antiperspirantların tərkibində olan allüminiumdur. Məhz allüminium yayılmış skleroz və Alsheymer xəstəliyinin inkişafı ilə əlaqələndirilir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər yayılmış skleroz xəstəliyindən vəfat edən insanların beyini təhlil etdikdən sonra orada allüminiumun yüksək səviyyədə olmasını aşkar ediblər.
Kil Universiseti alimlərinin fikrinə görə, insan orqanizminə vaksinlər və antiperspiratlardan daxil olan allüminium burada toplanaraq beyində patoloji proseslərin inkişafına təkan verir.
Bütün bunları nəzərə alaraq alimlər antiperspirantlardan daha az istifadə etməyi, onları təbii vasitələrlə əvəz etməyi tövsiyə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət