Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotiklərin böyrəklərə inanılmaz təsiri - Məşhur həkim xəbərdarlıq etdi

Antibiotiklərin böyrəklərə inanılmaz təsiri - Məşhur həkim xəbərdarlıq etdi
Sakura

Antibiotiklərin böyrəklərə inanılmaz təsiri - Məşhur həkim xəbərdarlıq etdi

Dərmanların böyrəklərimizə təsiri haqqında nələri bilməliyik?

Publika.az xəbər verir ki, tanınmış nefroloq Barat Yusubov antibiotiklərin böyrəklərə təsiri haqqında vacib faktları açıqlayıb. O bildirib ki, revmatizmal ağrıkəsicilər başda olmaqla, məlumatsız, uzunmüddətli və yüksək dozada qəbul edilən ağrıkəsicilər, həkim göstərişi olmadan içilən antibiotiklər böyrəklərdə yığılaraq kapilyar damar sistemində qan dövranını pozur və süzmə funksiyasına mənfi təsir göstərir:

“Böyrək sağlamlığını qorumaq üçün dərmanları mütləq su ilə qəbul etmək lazımdır. Kola tipli içkilərdə duz tutan maddələr var. Bu tip içkilərlə dərman içmək olmaz. Antibiotiklər onsuz da böyrək funksiyalarının ləngiməsinə səbəb olur. Odur ki, antibiotiklər kola tipli içkilər və ya ayranla içilərsə, böyrəklərdə həddindən artıq yük yarada bilər.

Şəkərli diabet xəstələrində böyrək patologiyası varsa, həkim tərəfindən böyrək yükünü azaldan dərman təyin olunmalıdır”, - deyə mütəxəssis sözlərinə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR