Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotik istifadəsindən sonra hansı qidaları qəbul etməliyik?

Antibiotik istifadəsindən sonra hansı qidaları qəbul etməliyik?
Sakura

Antibiotik istifadəsindən sonra hansı qidaları qəbul etməliyik?

Antibiotik istifadəsi bağırsaqlarda olan bakteriyalara mənfi təsir göstərir. Buna görə də həkimlər qidalanmaya fikir verməyi məsləhət görür. Hər dəfə soyuqdəymə və digər infeksion xəstəliklər zamanı həkimlə məsləhətləşilmədən qəbul edilən antibiotik tərkibli dərmanlar bağırsaqların təbii mikroflorasını pozur.

Həkim məsləhətinə əsasən, antibiotik istifadəsi zamanı bəzi qidalar hökmən qəbul edilməlidir.

Hər hansı bir bakterial infeksiyanın qarşısını almaq üçün istifadə edilən antibiotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyaların məhvinə səbəb ola bilər. Bu zaman ürək bulanma, ishal, iştahasızlıq kimi əlamətlər meydana çıxır. Antibiotik müalicəsi sonrası bağırsaqların bakterial mikroflorasının bərpası çox vacibdir.

Antibiotik istifadəsindən sonra ilk növbədə probiotik tərkibli qidalar qəbul edilməlidir.

Probiotik bakteriyaları əsasən qatıq, pendir, kefir və turşu kimi fermentləşmiş qidaların tərkibində çox miqdarda olur. Prebiotiklər bağırsaqlardakı probiyotik bakteriyaların qidasıdır. Başqa sözlə desək bağırsaqlarda olan faydalı bakteriyaların normal fəaliyyəti üçün prebiotik tərkibli qidalar vacibdir.

Yulaf, soğan, banan və s kimi prebiotik qidalar, probiotiklərlə birlikdə istifadə edildikdə antibiotik istifadəsi sonrası bağırsaqda olan tarazlığın bərpa edilməsinə kömək edir.

Antibiotik qəbulu K vitamininə ehtiyacı artırır. Bəzi bağırsaq bakteriyaları vücudda qanın laxtalanmasında əsas funksiyanı yerinə yetirir. Bunun üçün yaşıl yarpaqlı tərəvəzlərdən istifadə edilməlidir.

Tərkibində lif olan qidalar da antibiotiklərin bədənə olan təsirini azalda bilər. Buna görə də meyvə və tərəvəzlərdən bol istifadə etmək lazımdır.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR