Slimfit
  1. DÜNYA

Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb

Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb
Sakura

Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb

Antarktidanın qərbində, alimlər tərəfindən “dünyanın ən təhlükəli aysberqi” adlandırılan hissə dağılmaq təhlükəsi altındadır.

 “Ölkə.Az” xəbər verir ki, aysberqdən iri parçanın qopması an məsələsinə çevrilir. Əgər buz dağı tamamilə dağılsa, dünya okeanının səviyyəsini 65 sm artıra bilər.

Buz dağının bir hissəsinin dağılması NASA peykləri tərəfindən qeydə alınıb və “Science Advances” jurnalında elmi məqalə dərc edilib. Video görüntüdə aysberqin 300 metr hündürlüyü, 4 km uzunluğu olan hissəsi açıq-aydın görünür.

Alimlərin sözlərinə əsasən,  buzun üzərində yaranan dəliyə isti dəniz suyu axıb və ərimə prosesini sürətləndirib. Əvvəllər bu hissədə 14 milyard ton buz olub.

Tueytsa buz dağı Pan-Aylend körfəzinə düşür və onunla yanaşı Qərbi Antarktidanın iki nəhəng aysberqin də əridiyi müşahidə edilib. Bunun səbəbi isə son illər buz örtüyünün daha sürətlə əriməsi və yağan qarın itkini qarşılamadığı ilə izah edilir.

Bu üç buz dağı əridikdən sonra isə dünya okeanı 3.3 metr artacaq. Alimlərin fikrinə əsasən isə, bu proses üçün minimum 200, maksimum 1000 il vaxt lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR