Antalya turist vergisinə “yox” dedi
Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar.
Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçün bələdiyyə gəlirləri yetərli deyil.
O, digər ölkələrin oxşar təcrübəsinə istinad edərək, bir gecə üçün 1,5 avro məbləğində turist vergisinin tətbiqini təklif edib.
Məlum olub ki, turist vergisinin tətbiqi ideyasını Antalya əyalətinin səlahiyyətliləri dəstəkləməyiblər. Regiona, eyniadlı paytaxtdan başqa, Alanya, Qazipaşa, Dəmrə, Bələk, Kəmər, Serik, Sidə, Qumluca, Mənəvqət kimi sahilyanı şəhərlər və kurort rayonları daxildir.
Antalya əyalətinin mədəniyyət və turizm üzrə direktoru İbrahim Akar bəyan edib ki, turist vergisinin tətbiqi ilə bağlı planları yoxdur.
“Bu, Antalya merinin şəxsi fikridir. Belə bir şey planlaşdırılmır”, - deyə o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət