Slimfit
  1. BİOQRAFİYA

Annaqılınc Möhtaci

Annaqılınc Möhtaci
Sakura

Annaqılınc Möhtaci - türkmən şairi

Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi.

Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir.

Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.

Şairin eşq, vətən sevgisi və sosial mövzularda qoşduğu şeirləri bugün də bəxşilərin repertuarında mühüm yer tutur.

Möhtacinin öz əlilə yazdığı şeir dəftərləri hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda qorunur. Şairin zəngin irsi tədqiq edilmiş, şeir kitabları dəfələrlə nəşr olunmuşdur.

XVII-XIX əsrlər türkmən ədəbiyyatı son dərəcə zəngin və çoxşaxəlidir. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Dövlətməmməd Azadi, Abdulla Şahbəndə, Məxdimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğrubi, Qayıbnəzər Qayıbi, Murad Talıbi, Orazpolad Qurdoğlu, Məmmədvəli Kəminə, Seyidnəzər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili, Əbdürrəhim Zinhari, Molla Nəfəs, Oraz Aşiqi, Əvəztaqan Katibi, Dostməhəmməd, Annaqılınc Möhtaci, Miskinqılınc, Dövlətməmməd Balqızıl kimi istedad və sənətkarlıq baxımından bir-birindən fərqli bir çox türkmən şairi yaşayıb yaratmışdır.

Bu dövrün əsas özəlliyi ədəbi türkmən dilinin cilalanması və bu dildə əsərlər yazılmasıdır. Doğrudur, türkmənlərin ədəbiyyatı XVII əsrdən başlanmır, onun ilkin kökü daha qədimlərə gedib çıxır. Xüsusilə saysız-hesabsız əfsanələr, dastanlar, rəvayətlər, folklor nümunələri ən azı min illik bir tarixi əhatə edir. Lakin yazılı ədəbiyyat qismən gəncdir. Burada da iki məsələni bir-birindən ayırmaq vacibdir. Bunlardan birincisi oğuz-türkmən konteks¬tində nəzərdən keçirilən ədəbiyyatdır. Məlumdur ki, türk xalqlarının oğuz boyuna mənsub olan qismi islam dinini qəbul etdikdən sonra qonşu xalqlar tərəfindən türkmən adlandırılmışdır. Ona qədər və ondan sonra da uzun müddət türkmənlər-oğuzlar özlərinə həm oğuz, həm də türkmən demişlər.

Annaqılınc Möhtaci öz üslubuna görə seçilirdi. Möhtacinin söylədiyi şeirlər ideya məzmununa görə də, sənətkarlıq xüsusiyyətlərinə görə də gözəl yaradıcılıq nümunələridir. Görkəmli söz ustasının kitabı nəşr olunmuş, əsərləri müxtəlif dillərə tərcümə edilərək, xarici oxuculara çatdırılmış, və ilk andan böyük rəğbətlə qarşılanmışdır.

 

Şeirləri:

Varmı.
Yazır xanın qızı.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR