Slimfit
  1. GÜNDƏM

Ankarada Türkiyə və Rusiya heyətləri arasında Qarabağda atəşkəsə nəzarətə dair danışıqlar başa çatıb

Ankarada Türkiyə və Rusiya heyətləri arasında Qarabağda atəşkəsə nəzarətə dair danışıqlar başa çatıb
Sakura

Ankarada Türkiyə və Rusiya heyətləri arasında Qarabağda atəşkəsə nəzarətə dair danışıqlar başa çatıb

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki,  Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb və Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb. Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib. 

Qeyd edək ki, dünən Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət səfər edib. Heyətlərdən biri İdlib əsas olmaqla Suriyada, digəri Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəz və Dağlıq Qarabağdakı sülhməramlı missiyada Rusiya ilə bərabər Türkiyə hərbi qüvvələrinin də yer alması məsələsini müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR