Dərc edildi: Baxış sayı: 562
Ankara və Moskva viza rejimini sadələşdirəcək
Türkiyə və Rusiya viza rejiminin sadələşdirilməsi üçün mexanizmin yaradılması barəsində razılaşma əldə ediblər. Bununla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra bildirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Gazeta.ru” məlumat yayıb.
Lavrovun sözlərinə görə, Rusiya qarşılıqlı şəkildə türk vətəndaşların səfərinin sadələşdirilməsi üçün danışıqlara hazırdır:
“Biz ayrı-ayrı kateqoriyalarda türk vətəndaşlarının viza almasını sadələşdirmək üçün razılıq əldə etdik və yaxın vaxtlarda bununla məşğul olacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət