Dərc edildi: Baxış sayı: 742
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Azərbaycan Mərkəzi Bankı ani ödəniş sistemini avqust ayında ictimaiyyətə təqdim edəcək.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə AMB-nin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, ödənişi anında və 7/24 həyata keçirməyə imkan verəcək. Vətəndaşların günün istənilən vaxtında öz hesablarına çıxış imkanı yaradılacaq.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında qeyd edib ki, əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin müddətinin uzadılması hələ ki, müzakirə olunmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət