Dərc edildi: Baxış sayı: 358
Angela Merkel karantindən çıxdı
Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.
Bundan əvvəl A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.
Xatırladaq ki, kansler ona pnevmokok əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə qapanmağa qərar vermişdi. O, evindən işləyir və video əlaqələr qururdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət