Slimfit
  1. TEXNOLOGİYA

Android telefonlarını zəlzələni müəyyən edəcək

Android telefonlarını zəlzələni müəyyən edəcək
Sakura

Google –dan yenilik

Zəlzələ kimi təbii fəlakət baş verdikdə, hətta bir neçə saniyə həlledici ola bilər.  Özünüzü və yaxınlarınızı yaralanma və ölüm riskindən xilas etmək üçün bu saniyələrdən istifadə edə bilərsiniz.  Dünyadakı bütün Android istifadəçilərinə təqdim edilən yeni xüsusiyyət ilə, Google yalnız mümkün zəlzələlər barədə erkən xəbərdarlıqlar vermir, həm də telefonunuzu kiçik bir seysmometrə (zəlzələ sayğacına) çevirir.

 Google-ın baş proqram mühəndisi Mark Stoqaitis, dərc etdiyi  yazısında "zəlzələni aşkar etmək və hamını xəbərdar etmək üçün ictimai infrastrukturun qurulmasının çox baha başa gəldiyini" söyləyib.  Hər kəs mesajlar vasitəsilə siqnallar almaq üçün qeydiyyatdan keçə bilməz, ancaq smartfonların əməliyyat sistemləri ilə birləşəcək bir siqnal sistemi yaransa, bu mesajlar daha çox insana çata bilər.

 Google əvvəllər ABŞ Geoloji Tədqiqatı (USGS) və Kaliforniya Qubernatorluğunun Təcili Xidmətləri ilə əməkdaşlıq etdi ki, Android telefonları xəbərdarlıq mesajları göndərə bilsinlər.  "ShakeAlert" adı verilən bu sistem, zəlzələnin nə vaxt baş verəcəyini müəyyən etmək üçün ştat  boyu 700-dən çox seysmometrdən toplanan məlumatlardan istifadə etdi.

 Bununla belə, dünyanın digər zəlzələdən zərər çəkmiş bölgələrində belə bir şəbəkənin yaradılması çox çətin və baha başa gələ bilər; Android Zəlzələ xəbərdarlıq sistemi bu nöqtədə əhəmiyyət qazanır.  "Android telefonunuz mini seysmometrə çevrilə bilər və milyonlarla digər Android telefonuna daxil olaraq dünyanın ən böyük zəlzələ aşkar edən şəbəkəsini yarada  bilər" dedi. 

 Stoqaitisə görə, "telefonlardakı akselerometrlər hətta ibtidai dalğaları da aşkarlaya biləcək dərəcədə həssasdır."  Google, hərəkətliliyi aşkar etmək üçün telefonlardakı akselerometrlərdən də istifadə edəcək.  Telefonunuz aktivliyi aşkar etdikdə, eskiz yeri ilə birlikdə Google-un zəlzələ aşkarlama serverinə bir mesaj göndərəcək.  Bu mesajla yanaşı, server digər cihazlardan da məlumat toplayacaq və həqiqətən zəlzələnin olub-olmadığını müəyyən edəcək.  Kaliforniya Universiteti 2016-cı ildə çox oxşar şəkildə işləyən "MyShake" adlı bir tətbiq hazırlamışdı, görünür, Google bu fikri mənimsəmiş, onu əməliyyat sistemlərinə daha yaxşı birləşdirmiş və daha çox yaymışdır.

 Bu sistemlə əldə edilən məlumatlar və sizə yaxın olan Android cihazlarının oxşar hərəkətliliyin təsbit edilib edilməməsi zamanı Google-da "zəlzələ" və "mənə yaxın zəlzələ" sözlərini axtararaq  aşkar ediləcəkdir.  Stoqaitis, zəlzələdən sonra nə ediləcəklə bağlı isə  "etibarlı mənbələrdən" müəyyən məlumatları da təqdim edəcəklərini söyləyib.  Stoqaitis məqaləsində  yeni zəlzələ aşkarlama sistemi üçün  seysmologiya və fəlakət mütəxəssisləri Dr.  Riçard Allen, Dr.  Qinkai Konq və Dr.  Luci Cons ilə birgə işlədiklərini əlavə edib.

 Zəlzələ xəbərdarlıqları ilk növbədə Kaliforniyada həyata keçiriləcək, çünki seysmometrə əsaslanan sistem burada artıq quraşdırılıb.  Stoqaitis, bu xüsusiyyətin gələn il daha çox ölkədə və bölgələrdə mövcud ola biləcəyini deyib.

 Bundan başqa Google Fövqəladə Yerləşmə Xidmətinə dil seçimini, həmçinin Android Auto və əməliyyat sistemlərindəki yeniləmələri əlavə etdiyini açıqlayıb.  Bu xüsusiyyət, yerli təcili yardım nömrəsini yığarkən telefonunuzun dil seçimini bölüşməyə və əlaqə saxlayan şəxsin sizə daha sürətli xidmət göstərə biləcəyini təmin edəcəkdir.  Beləliklə, dilini bilmədiyiniz bir ölkədə təcili yardım xidmətinə müraciət etməyiniz  lazım gələrsə , bir neçə saniyəyə qənaət edə bilərsiniz.

Mənbə: digitaltalks.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR