Slimfit
  1. TEXNOLOGİYA

Android əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı artıb

Android əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı artıb
Sakura

Android əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı artıb

Ötən ay qlobal miqyasda Azərbaycanın əməliyyat sistemləri üzrə bazar payı açıqlanıb. Android əməliyyat sisteminin avqust ayında ölkəmiz üzrə bazar payı 46.98%-ə çatıb. Bu göstərici iyul ayında 46.89% idi. Göründüyü kimi sözügedən əməliyyat sisteminin bazar payında cüzi artım müşahidə olunur.

Ens.Az ted.az-a istinadən bildirir ki, bu haqda Global Stats analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, Azərbaycan üzrə ikinci ən çox bazar payı Windows əməliyat sisteminin üzərinə düşür, 38.65%. Bu ilin iyul ayının göstəricilərinə nəzər salsaq (red: iyul ayında 38.07%) Windows əməliyyat sisteminin də payında artım görərik.

Azərbaycan üzrə bazar payı olan əməliyyat sistemləri sırasında daha sonra 7.54%-lə iOs, 4.12%-lə OS X, 1.68%-lə Unknown və 0.74%-lə Linux əməliyyat sistemləri yer alır.

Azərbaycanla yanaşı, əməliyyat sistemlərinin qlobal miqyasda da bazar payı açıqlanıb. Android əməliyyat sistemi 39.03%-lə payla birinci yeri bölüşür. Onun ardınca isə 35.35%-lə Windows, 14.55%-lə iOs, 7.75%-lə OS X, 1.5%-lə Unknown və 0.85%-lə Linux əməliyyat sistemləri gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR