Slimfit
  1. TEXNOLOGİYA

Android 10 Q ƏS-nin ilk versiyası may ayında çıxacaq

Android 10 Q ƏS-nin ilk versiyası may ayında çıxacaq
Sakura

Android 10 Q ƏS-nin ilk versiyası may ayında çıxacaq

Proqramçılar komandası aktiv test mərhələsindədir.

Dekabr ayında informasiya yayılmışdı ki, Q hərfi kimi kod adı alan Android mobil əməliyyat sisteminin onuncu versiyası artıq sınaqdan keçirilir.

Məlumatlı mənbələr xəbər verir ki, keçən il baş tutmuş proqramçılar konfransında Google eyni zamanda 2-3 proqramın Split-screen rejimində işləməsinə imkan verən Milti-resume funksiyasını artıq dəstəkləyirdi.

Həmçinin insayderlər xəbər verir ki, yeni əməliyyat sistemində qlobal gecə rejimi (Dark Mode) təqdim olunacaq ki, o da menyunun bütün bölmələrində işləyəcək və bütün istifadəçi interfeysində tətbiq olunacaq. Daha vacib olan budur ki, bu rejimdə enerji sərfiyyatının xeyli azalması, nəticədə isə mobil cihazların doldurmadan işləmə vaxtının artırılması gözlənilir.

Hazırda məlumatlı informatorlara inansaq, proqramçılar komandası ƏS-nin əsas funksiyalarının aktiv testi mərhələsindədir. Artıq bu ilin may ayında Android 10 Q-də əvvəlcədən quraşdırılmış bütün proqramlar gecə işləmə vaxtını dəstəkləməlidir.

Elə həmin ayda Android 10 Q ƏS-nin ilk preview versiyasının çıxması gözlənilir, yeni əməliyyat sisteminin final versiyası isə ancaq 2019-cu ilin avqust ayında çıxacaq.

 

Mənbə: ixbt.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR