Slimfit
  1. ƏDƏBİYYAT

Andrey Tarkovskinin kitabı ilk dəfə Azərbaycanda

Andrey Tarkovskinin kitabı ilk dəfə Azərbaycanda
Sakura

Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib...

     Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib.

     Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.

  “Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir”, “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

     Kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır.

     Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Andrey Arsenyeviç Tarkovski

(1932–1986)

•        Rusiyanın İvanovo vilayətində anadan olub;

•        kino və teatr rejissoru, nəzəriyyəçisi, ssenari müəllifi kimi zəngin yaradıcılıq irsinə malikdir;

•        ilk ekran əsəri – “İvanın uşaqlığı” filmi dünya kinosunda böyük hadisə kimi qəbul olunub, məşhur Venesiya kinofestivalının “Qızıl şir” mükafatına layiq görülüb;

•        “Andrey Rublyov”“Ayna” və “Stalker” filmləri bütün zamanların ən yaxşı ekran əsərləri siyahısına daxil edilib;

•        1980-ci ildə növbəti filminin çəkilişləri məqsədilə İtaliyaya yollanıb və bir daha geri qayıtmayıb;

•        ömrünün sonunadək İtaliyada mühacir həyatı yaşayıb;

•        son filmləri – “Xiffət”i (1983) İtaliyada, “Qurbanvermə”ni (1986) İsveçdə ekranlaşdırıb;

•        Vim VendersAleksandr SokurovLars fon Trier kimi dünya şöhrətli rejissorlar Andrey Tarkovskinin ölümündən sonra çəkdikləri filmləri dahi sənətkarın xatirəsinə həsr ediblər.

 

     Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:

•        “Libraf”

•        “Kitabevim.az”

•        “Akademkitab”

•        “Akademiya” kitab evi

•        “Azərkitab”

•        Prezident Aparatının Kitab evi

•        Azərbaycan Dillər Universitetinin satış köşkü

•        “Pero” kitab mağazası

•        “Oxumalı” kitab evi

•        “Lider” kitab evi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR