Slimfit
  1. SİYASƏT

Andreas Umland: “Bakı “Aralıq dənizi böhranı”nda Ankaraya dəstək olmalıdır”

Andreas Umland: “Bakı “Aralıq dənizi böhranı”nda Ankaraya dəstək olmalıdır”
Sakura

Andreas Umland: “Bakı “Aralıq dənizi böhranı”nda Ankaraya dəstək olmalıdır”

Yunanıstan və Türkiyə tərəfləri arasındakı “Aralıq dənizi böhranı”nda Avropa İttifaqı Yunanıstanı tamamilə dəstəkləyir. Fransa Prezidenti Emmanuel Makron Şərqi Aralıq dənizində qazın çıxarılmasında Türkiyəyə qarşı çıxmaq üçün Avropa İttifaqının “Aralıq dənizi yeddiliyi” (Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Malta və Kipr) liderlərini Korsikada bir araya gətirib.

Fransa lideri son dərəcə sərt açıqlama verərək deyib ki, “Türkiyə Aralıq dənizi bölgəsinin inkişafında ortağımız deyil”. Makron daha sonra “Türkiyə NATO-nun müttəfiqidir, ancaq ittifaq bayrağı altında üzən korvetə qarşı qəbuledilməz hərəkətlər edib” deyib.

Yunanıstanın Baş naziri Kriakos Mitsotakis də öz növbəsində Türkiyənin “mübahisəli ərazilərdəki” geoloji axtarışlardan imtina etmədiyi təqdirdə Aİ-ni ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Media.Az almaniyalı politoloq Andreas Umlanddan vəziyyətə münasibət bildirməsini istəyib.

- Avropa, ilk növbədə, Fransa Şərqi Aralıq dənizindəki kəskin böhranda Yunanıstan tərəfini dəstəkləyir. Türkiyəyə qarşı sərt açıqlamalar səsləndirirlər. Axı həm Ankara, həm də Afina Şimali Atlantika Alyansına daxildir.

- Mənə elə gəlmir ki, anti-Türkiyə mövqeyindən danışmaq lazımdır. Lakin, həqiqətən, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərdə soyuqluq var. Və bu, prinsipcə, son 20 ildir davam edir. Türkiyə Aİ-yə üzv olmaq üçün danışıqlar apardı, lakin sonra onlar donduruldu, Ankara ilə Brüssel arasında getdikcə daha çox anlaşılmazlıq yarandı. Aydındır ki, hər iki tərəf səhv etdi. Əlbəttə ki, Fransa Türkiyə ilə münasibətlərin pisləşməsində əsas rol oynayır.

- Bəlkə, Türkiyə 60 ilə yaxındır, Avropa İttifaqının “gözləmə otağında” oturmaqdan bezib? 1964-cü ildən bəri ölkə Aİ-nin “assosiativ üzvü” olub.

- Bəli, bu amil var. Və 90-cı illərin sonlarında - 2000-ci illərin əvvəllərində şans əldən verildi. Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar məhz o zaman sona çatdı. Ancaq bunun məsuliyyətini yalnız Aİ-yə yükləmək istəməzdim. Yuxarıda dediyim kimi hamının səhvi olub. Türkiyənin üzvlük prosesinin uğurla bitməməsi Avropa üçün pisdir, çünki Ankara Aİ-dən getdikcə daha da uzaqlaşır.

- Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə artıq Aralıq dənizi bölgəsinin inkişafında ortağımız deyil” fikrindən danışmaya bilmərəm.

- Çox kədərlidir. Türkiyənin və Aİ-nin maraqları bir sıra geosiyasi məsələlərdə üst-üstə düşür. Brüssel və Ankara, məsələn, Suriya, Qara dəniz, Cənubi Qafqaz, Orta Asiya ilə bağlı məsələlərdə əməkdaşlıq etməlidirlər.

- Və eyni zamanda, Yunanıstanın Baş naziri Türkiyəyə qarşı Avropanı sanksiyalar tətbiq etməyə çağırır. Ancaq bunun Ankaranı Brüsseldən daha da uzaqlaşdıracağı və hətta onu Aİ-yə üzv olmaq planlarından imtinaya məcbur edə biləcəyi açıq görünür.

- Bəli, bu baş verərsə, belə gərginlik Türkiyənin Avropa İttifaqına qoşulma ehtimalını uzun müddət təxirə salır.

- Daha çox hərbi ritorika səsləndirilir. “Anadolu” agentliyi qeyd edir ki, əslində Fransa Aİ-də anti-Türkiyə cəbhəsi yaratmağa çalışır. Bir çox KİV Fransanın Türkiyə ilə silahlı qarşıdurma olacağı təqdirdə Yunanıstana hərbi yardım göstərməyə hazır olduğunu yazır. Qısası, Fransa ordusunun bölgəyə göndərilməsi açıq görünür. Azərbaycan eyni zamanda, Türkiyəyə qeyd-şərtsiz dəstəklə bağlı mövqeyini açıq şəkildə ifadə edib.

- Birbaşa deyim ki, Azərbaycanın mövqeyi tamamilə aydındır. Bakı ilə Ankara arasında 2010-cu il tarixli “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” razılaşma var (2-ci maddədə deyilir ki, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. 3-cü maddədə deyilir ki, tərəflər bir-birinə qarşılıqlı yardımın təmin edilməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəklər. – red.).

Aydındır ki, bu saziş Azərbaycan və Ermənistan (İrəvanın müttəfiqləri də daxil olmaqla) arasında olan Dağlıq Qarabağ qarşıdurması nəzərə alınmaqla bağlanıb. Ancaq bu razılaşmaya əsasən, Bakı da Ankaranı dəstəkləməlidir, necə ki, hazırda Azərbaycan imzalanmış və təsdiqlənmiş sənədə uyğun olaraq belə edir.

Əlbəttə ki, ümumi vəziyyət məndə narahatlıq yaradır. NATO üzvü olan ölkələr arasında ayrılma gedir. Bu belə olmamalı idi, hamı bunda itirir. Ancaq ümid edirəm ki, məsələ hərbi fəaliyyətə qədər getməyəcək.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR