Dərc edildi: Baxış sayı: 482
"Anderlext"in formasını geyinən Lukaku 435 min avro cərimə edildi
“Mançester Yunayted” futbolçusu Romelu Lukakunu cəzalandırıb.
Trend-in məlumatına görə, klub rəhbərliyi belçikalı hücumçunu icazəsiz məşq bazasını tərk etdiyi və “Anderlext”in formasını geyindiyi üçün cərimələyib. "Qırmızı şeytanlar" Lukakuya 400 min funt-sterlinq (435 min avro) pul cəzası verib.
Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılacağı gözlənilən hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət