Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Anatoli Davidoviç Nikolayeviç

Anatoli Davidoviç Nikolayeviç
Sakura

DOĞUM TARİXİ: 28/03/1965 VƏFAT TARİXİ: 13/06/1992

 28 mart 1965-ci   ildə  Belorus Respublikasının Siutet şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək  SSRİ,  sonra  Rusiya  Silahlı Qüvvələrində xidmət etmişdir. Mayor rütbəsinəcən yüksələn Anatoli 1992-ci ilin iyunundan taleyini Azərbaycan Silahlı Qüvvələri ilə bağlamışdır. O, 930 saylı hərbi hissədə   artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belorusiyalı zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verir, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəmirdi. O, əsl hərbçi idi.

1992-ci il... İyunun 9-u... Ağdam rayonunda qanlı döyüşlər gedirdi. Mayor Anatoli Davidoviç bacarıqlı komandir kimi döyüşçülərə nümunə göstərirdi. Döyüşlərin birində düşmən gülləsi ondan yan keçmədi. Anatoli ağır yaralandı. O, çoxlu qan itirmişdi, Həkimlərin səyi nəticə vermədi. Anatoli iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi olaraq yumdu.

Ailəli idi.

Azərbaycan Respublikası prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Belorus Respublikasının Siutet şəhərində dəfn edilmişdir.

 

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR