Slimfit
  1. BİOQRAFİYA

Anar Nəcəfli

Anar Nəcəfli
Sakura

Anar Nəcəfli — Xəzər TV-nin "Xəzər Xəbər" verilişinin aparıcısı.

Həyatı

1980-ci ilin noyabr ayında Ucar rayonunda anadan olub.

1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdandan 1 il sonra ANS şirkətlər qrupuna işə düzəlmiş və "İç xəbər" verilişində müxbir kimi çalışmışdır. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlamışdır.

2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşmış və "Bürc FM" radiosunda işə düzəlmişdir. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlamış və 2-3 saatdan bir efirə çıxmışdır. Bir müddət sonra isə "Xəzər" telekanalı yarandığından fəaliyyətini burada davam etdirmişdir.

"Xəzər" telekanalında həm müxbirlik, həm də aparıcılıq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR