Slimfit
  1. CƏMİYYƏT

Anar Əsədli həbs olundu

Anar Əsədli həbs olundu
Sakura

Anar Əsədli həbs olundu

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Axar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov (mərhum Əbülfəz Elçibəyin köməkçisi) və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR