Slimfit
  1. CƏMİYYƏT

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA
Sakura

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA

“Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı”.

Ens.az-ın məlumatına əsasən,bu sözləri Oxu.Az-a açıqlamasında qadının uşağını “unudub” getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib.

O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib:

“Hadisə ötən gün baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da “Şamaxinka”da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim”.

Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib:

“Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib.

Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim”.

“Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim. Uşaq indi sığınacaqdadır”, - deyə E.Tanarverdiyev əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR