Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ananın qan analizi ilə körpənin doğulacağı günü müəyyən etdilər

Ananın qan analizi ilə körpənin doğulacağı günü müəyyən etdilər
Sakura

Ananın qan analizi ilə körpənin doğulacağı günü müəyyən etdilər

Stenford Universiteti Tibb Məktəbi mütəxəssisləri bir uşağın doğulacağı vaxtı təyin etmək üçün yeni bir yol tapıblar. 
 
Moderator24.com –un Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, tədqiqatçılar ananın qan testi vasitəsi ilə körpənin doğum tarixini proqnozlaşdırmağı təklif ediblər.
 
Həkimlər 31 hamilə qadını DNT və RNT analizlərini götürərək müayinə edib. Gələcək analar hamiləliklərinin hər həftəsində qan nümunələri veriblər. Nəticədə müəyyən eidlib ki, dölün inkişafı ilə gen strukturları da dəyişir. Bu, həkimlərə doğumun başlanmasının vaxtını təxminən 45% -ə qədər dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
 
Daha sonra həkimlər erkən doğum ehtimalı yüksək olduğundan daimi nəzarət altında qalan 38 qadını müayinə edib. 7 RNT geninə əsaslanaraq, tədqiqatçılar doğumun proqnozlaşdırılması üsulunu 75% -dən 80% -ə qədər dəqiqliklə göstərən bir üsul tapıblar.
 
Ekspertlərin fikrincə, qadın orqanı sanki tezliklə doğum edəcəyi barədə siqnal göndərir. Xüsusilə, bu, genlərin strukturuna təsir edir. Tədqiqatçılar hamiləliyin müddətini ultrasəs vasitəsilə müəyyənləşdirən ənənəvi metodun 48% dəqiqliklə işlədiyini izah ediblər.
 
Sultan Laçın
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR