Slimfit
  1. TEXNOLOGİYA

Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər
Sakura

Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

iPhone-nun tarixi 2007-ci ildə start götürüb. Həmin ildə Steve Jobs birinci iPhone modelini təqdim edərək smartfon bazarının qarşıda olmuş illərinin trendini təyin etmişdi. Bu illər ərzində iPhone modelləri müxtəlif uğur səviyyəsi üzrə satılıblar. Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə kimi satışa çıxmış iPhone-lar arasında hansı modelin ən məşhur olduğunu öyrəniblər.

Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən indiyənə kimi satışa çıxmış bütün iPhone modelləri arasında satış göstəricilərinə görə liderliyi iPhone 6 və iPhone 6 Plus modelləri qoruyurlar.

Onların ümumi satış göstəricisi isə 222.4 milyon ədəd satılmış smartfondur. Mütəxəssislərin sözlərinə əsasən bu cür yüksək satış göstəricisi iPhone 6 seriyasının diqqət çəkən ekran ölçüləri olub. Belə ki, adi iPhone 6 modeli 4.7 düym, iPhone 6 Plus modeli isə 5.5 düym ekrana sahib olub. 1 il sonra təqdim olunmuş iPhone 6s modeli 125 milyon ədəd satılmış smartfon göstəricisinə sahib olub. Beləliklə ümumilikdə iPhone 6 seriyasının satış göstəricisi 350 milyondan çox satılmış smartfon təşkil edib. Sonrakı vaxtlarda iPhone-ların ekran ölçülərinin böyüdülməsi trendi davam etdi, lakin satış göstəriciləri aşağı düşməyə başladı. 

Mənbə: technote.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR