Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ana şəhid oğlunun tabutu önündə qurban kəsdirib: “Şəhadətin mübarək!”

Ana şəhid oğlunun tabutu önündə qurban kəsdirib: “Şəhadətin mübarək!”
Sakura

Ana şəhid oğlunun tabutu önündə qurban kəsdirib: “Şəhadətin mübarək!”

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şanlı zəfər salnaməmizdə qanları ilə tarix yazan, şəhadətləri ilə bayrağımızı zirvələrə yüksəldən igidlərdən biri də şəhid müddətdən artıq hərbi qulluqçu Mirzəhəsən Şahin oğlu Ağayevdir.

Report” şəhidin Astaranın Səncərədi kəndindəki evinə baş çəkib, ailəsi ilə həmsöhbət olub.

29 yaşlı şəhid Mirzəhəsən Ağayev orta məktəbi bitirəndən sonra ali təhsil alaraq müəllimlik ixtisasına yiyələnib. Hərbi xidmətini Ağdamın cəbhə xəttindəki mövqelərindən birində keçib. O, qumbaraatan bölüyünün baş atıcısı olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışan Mirzəhəsən Ağayev 2017-ci ildə müddətdən artıq hərbi xidmətə yazılıb.

Vətən müharibəsinin ilk günündən, Fizuli - Qubadlı istiqamətində, Suqovuşan, Hadrut və Ağbənd uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də danışıb.

Şəhidin atası Şahin Ağayev oğlunun döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqları Mirzəhəsənin hərbçi yoldaşlarından eşidib: "Bütün döyüş yoldaşları, birlikdə xidmət etdiyi hərbçilər gəlib bizə baş çəkdilər. Onun döyüşlər zamanı göstərdiyi igidliyi, qəhrəmanlıqları eşidəndə övladımla bir daha fəxr elədim. Mirzəhəsən çox mərd, qorxmaz və vətənpərvər oğul idi. Oktyabrın 24-də zəng elədi, danışdıq. İrəli gedəcəklərini dedi. Həmin gecə gedənlərdən əksəriyyəti şəhid olub. Mirzəhəsən də həmin gecə döyüşə gedəndən sonra qayıtmayıb. Sonradan öyrəndik ki, onlar pusquya düşüblər. Əsir düşməmək üçün son damla qanlarına qədər döyüşüblər.

Kəsirə ana danışmağa çətinlik çəkir. Deyir ki, əsgər yoldaşları onun necə bir döyüşçü olduğunu yaxşı bilir: "Necə ki, ailədə qayğıkeş idi cəbhədə də əsgər yoldaşlarının qayğısına elə qalırdı. Hərbi bilikləri yaxşı mənimsədiyindən dəfələrlə yoldaşlarını çətin vəziyyətlərdən çıxarıb. Düşmənin bir neçə hərbi maşınını qənimət kimi götürüb. Sonuncu döyüşdən geri qayıtmayıb. Bir müddət oğlumun sağ və ya şəhid olması ilə bağlı heç bir məlumat almadıq. Sonradan bildik ki, pusquya düşən zaman döyüş yoldaşları ilə birgə düşmənə qarşı son damla qanlarına qədər döyüşüblər. Həmin vaxt oğlumla birlikdə döyüşənlərin hamısı şəhid olub".

Kəsirə ana Vətən müharibəsinin tezliklə bitəcəyi və oğlunun sağ-salamat qayıdacağı günü səbirsizliklə gözləyib. Oğlunun gəlişinə boyun aldığı qurbanı isə şəhidin tabutu həyətlərinə girən zaman kəsdirib. Daha sonra ucadan bir neçə dəfə "Şəhadətin mübarək" deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR