Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Amerikanın bir nömrəli onkoloqu sirləri açdı - Əgər xərçəng olmaq istəmirsizsə, bunları edin

Amerikanın bir nömrəli onkoloqu sirləri açdı - Əgər xərçəng olmaq istəmirsizsə, bunları edin
Sakura

Amerikanın bir nömrəli onkoloqu sirləri açdı - Əgər xərçəng olmaq istəmirsizsə, bunları edin

Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da “New York Times” versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.

Devid Aqus məşhur kompüter dahisi Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni həkim də inandıra bilməyib.

Publika.az oxucuları Devid Aqusun uzun və ağrısız bir həyat yaşamaq üçün hazırladığı qaydalar cədvəli ilə tanış edir.

1. Kofein

Birincisi, koefini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfə daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.

2. Gülümsəyin

Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı "ağrıkəsicilər"dir.

3. Bədəni idmanla yükləməyin

İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm cansağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.

4. Daimi nəzarət

Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.

5. Balıq günləri

Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.

6. Şərab

Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.

7. Balıq yağı

Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatıllaşmasına icazə verməyin.

8. Səhər yeməyi

Mütləq səhər yeməyi yeyin.

9. Gigiyena

Yataq dəstlərini tez-tez dəyişin.

10. Rahatlıq

Yalnız rahat ayaqqabı geyinin. Özünüzə rəva bildiyiniz ən yaxşı ayaqqabını alın.

11. Gəzinti

Hər gün 1- 3 km piyada gəzin.

12. Smuzi

Yaşıl bitki, meyvə və tərəvəzlərdən hazırlanan smuzi için. Bu, sizi vitaminlə təmin edəcək.

13. Rafinə edilmiş məhsullardan imtina edin

Yalnız təbii ərzaqlar yeyin. Orqanizmin ətə ehtiyacı var dedikdə kolbasa və sosiska kimi məhsullar nəzərdə tutulmur. O cümlədən balıq da konservləşdirilmiş olmalı deyil. Hazır salatlar almayın. Daha az rafinə edilmiş məhsullar bədən üçün daha faydalıdır.

14. Qablaşdırılmış məhsullara yox deyin!

Hazır şirələr almayın.

15. Həyat eşqi

Pozitiv olun. Bu, həqiqətən də, işə yarayır.

16. Günəşin ultrabənövşəyi şüalarından qorunun

Günəş yanıqlarından qorunun. Onların zərərləri yalnız görünəndən ibarət deyil.

17. Şüa

Rentgenlə şüalanmadan qaçın. Xüsusilə aeroportlarda.

18. İnam

Dua edin, hətta ofisdə.

Həkimin Stiv Cobs haqqında müsahibəsini təqdim edirik

Bir çox həkimin proqnozlarına rəğmən Stiv Cobs mədəaltı vəzi xərçəngi xəstəliyi ilə yeddi il yaşaya bilib, xərçəng hüceyrələrini normadan daha az yayılıb. Siz Stiv ilə necə və nə vaxt tanış olmusunuz?

- Haradasa ona diaqnoz qoyulduqdan bir il sonra. Onda xəstəliyin residivi baş vermişdi. Onkoloji müalicəyə təcavüzkar və qeyri-standart yanaşma tətbiq etdim. Müasir texnologiyaya və bütövlükdə bədənin müalicəsinə inanıram. Hesab edirəm ki, bunların hamısı bütövlükdə Stivə təsir etdi.

Stiv Cobsun vegetarian olması ona xəstəliyi ilə mübarizə aparmağa kömək edirdi, ya əksinə? Qidalanma ilə bağlı ona nə məsləhət görürdünüz?

- O, vegetarian idi, amma müalicə zamanı o, müntəzəm olaraq balıq yeyirdi. Həmişə deyirəm ki, yağları rasiondan çıxarmaq olmaz, ümumiyyətlə, yağlar yaxşı, təbii və doymamış olmalıdır.

Bəs Cobsu digər xəstələrdən nə fərqləndirirdi?

- O, son dərəcə ağıllı idi və tibbi terminologiyanı başa düşürdü. Vəziyyəti ilə bağlı bütün məsələləri heç bir şəkildə sadələşdirilmədən onunla müzakirə edə bilirdim.

Ancelina Coli onkologiya riskindən dolayı süd vəzilərini əməliyyat etdirdi. Siz onun bu addımına necə münasibət bəsləyirsiniz?

- Hesab edirəm ki, Ancelina Coli səhhəti ilə bağlı vəziyyəti mediaya elan etməklə qəhrəmancasına hərəkət etdi. O, bir çox qadınlar üçün nümunə oldu. O göstərdi ki, bu xəstəlikdə utancverici heç nə yoxdur və onun haqqında açıq-aşkar danışmaq olar.

Məşhur onkoloq hesab edir ki, xərçəng xəstəliyi riskini azaltmaq insanın özündən asılıdır. Bunun üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

"Xərçəngin əsas satqınlığı təbiətin özüdür. O mənada ki, hüceyrələr özü-özünü məhv edir. Xərçəng hər birimizdə yatan dəhşətdir. Bəzən o şiş adlandırılan qəribə hüceyrə qrupunda artaraq qısa müddətə oyansa da, çox zaman yenidən təsir gücü altında yuxuya gedərək tabe olur.

Amma bəzən ən gözlənilməz anda xərçəng bütün qoruyucu orqanizmləri məğlub edərək üzə çıxır, bədxassəli şişlərin artmasına və hüceyrələrin fəaliyyətinin pozulmasına səbəb olur.

Xərçəngin yaranmasına nə səbəb olduğu və şişlərin nə üçün inkişaf etdiyini bilmirik, amma xərçəngin bədən funksiyasının kompleks pozulması və sistematik bir problem ilə əlaqəli olması barədə qeyri-müəyyən bir ehtimal var. Cərrahi əməliyyat və proflaktik tədbirlərin görülməsi vacibdir.

Qarşınıza məqsəd qoyun ki, daim özünüzü öyrənəcək və qeydlər aparacaqsınız. Bədəni dinləyin və xatırlayın ki, sizə nə lazım olduğunu sizdən yaxşı bilən yoxdur. Həkim başınıza daxil ola və hisslərinizi qəbul edə bilməyəcək. Həkimə kor-koranə əməl etməyin. Özünüzün baş həkimi olun. Tibbi məlumatları həkimdə qoymayın, əlavə nüsxələrini götürün və onları özünüzdə saxlayın.

İlin 365 günü stabil rejimə əməl etməyə çalışın. Həftənin günlərindən asılı olmayaraq, həm qidalanma, həm yuxu, həm də fiziki aktivliyə riayət edin. Həmişə günün eyni saatlarında qidalanmağa, eyni saatda yuxuya getməyə və yuxudan oyanmağa səy göstərin. Həftə sonları yuxu rejimini dəyişmək sağlamlıq ritmini poza bilər. Məsələn, əgər bir gün saat 10-da, bir gün 11-də, bir gün də 12-də yuxuya gedirsinizsə, siz bununla təbii yuxu dövriyyəsini pozursunuz. Hətta eyni saat yuxu yatsanız da, yuxu dövriyyəsi pozulur.

Yuxuya hazırlaşmağı öyrənin. Televizor, telefon, planşet və kompüter melotonun yuxu hormonlarının ifrazına mənfi təsir edir. Video oyunları, televiziya və internetdə vaxt keçirmək beyni stimullaşdırır, odur ki, yatmazdan ən azı yarım saat əvvəl onları söndürün. Yuxusuzluq mədə ilə beyin arasındakı əlaqəni kəsir və nəticədə "şüursuz yemək" istəyini oyandırır. Tox olmasına baxmayaraq, yuxusuzluq orqanizmi ac olduğuna inandırır.

Beyin üçün istirahət planlaşdırın. İstirahət beyinə fasilə verməyə və yeni təcrübələri asan yolla həyata keçirməyə imkan verir.

Araşdırmalar göstərir ki, dünyaya optimist gözlə baxan insanlar daha çox yaşayır. Aktiv həyat tərzi sürün. İdman zalına yollanmaq məcbur deyil. Hərəkətli olmaq siz düşündüyünüzdən daha sadədir. Elmi cəhətdən də sübut olunub ki, hərəkətli həyat tərzi sürən insanlar daha cavan qalır və bunun üçün hər hansı maliyyə tələb olunmur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR