Dərc edildi: Baxış sayı: 225
Amerikalılar Zelenskini Baydendən daha çox sevir
ABŞ vətəndaşlarının əksəriyyəti Britaniya şahzadəsi Uilyam və Ukrayna Prezidenti Vladimir Zelenskiyə öz siyasətçilərindən daha çox rəğbət bəsləyir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qallup” şirkətindən bildirilib.
Şirkətin keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının 57 faizi Vladimir Zelenskini bəyənir. Yalnız 29 faiz ona neqativ münasibət bəsləyir.
59 faiz amerikalı Britaniya şahzadəsini bəyəndiyini deyib.
ABŞ Prezidenti Co Bayden isə respondentlərin cəmi 41 faizinin səsini ala bilib. Rəyi soruşulanların 57 faizi Baydeni bəyənmədiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət