Dərc edildi: Baxış sayı: 373
Amerikalılar Trampın pandemiya ilə bağlı sözlərinə etimad etmədilər
ABŞ vətəndaşlarının 68 faizi Donald Trampın koronavirus pandemiyası ilə bağlı sözlərinə etimad etmir.
Bu barədə “Ipsos” Tədqiqat Mərkəzi məlumat yayıb.
Sorğu iştirakçılarının 67 faizi prezidentin koronavirus infeksiyası ilə mübarizədə çox ləng davrandığını hesab edib. 31 faiz respondent Donald Trampın tam düzgün istiqamətdə hərəkət etdiyini vurğulayıb. Yalnız bir faiz sorğu iştirakçısı isə ölkə başçısının qərar verərkən çox tələsdiyini qeyd edib.
D.Trampı dəstəkləyənlərin əksəriyyətinin Respublikaçılar Partiyasının tərəfdarları olduğu bildirilir. Belə ki, onların 69 faizi öz liderlərinin kursunu dəstəkləyib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət