Slimfit
  1. DÜNYA

Amerikalılar dronlar üçün uçan enerji yuvası yaradıblar

Amerikalılar dronlar üçün uçan enerji yuvası yaradıblar
Sakura

Amerikalılar dronlar üçün uçan enerji yuvası yaradıblar

ABŞ-da dronlar üçün uçan enerji stansiyası hazırlayıblar. Proqramçılar ümid edirlər ki, artıq dronun havada olduğu müddətlə batareyanın çəkisi arasındakı çətin seçim qarşısında qalmayacaqlar.

Prototip-sistem 820 qramlıq böyük drondan ibarətdir və onun çox yığcam bir batareyası var – 2,2 A*h. Ona 12 dəqiqəlik uçuş bəs edir. Amma bu hələ hamısı deyil: dronun üstündə enerji stansiyasının “qıf”ı yerləşir. Dronu havada kiçik dron-doldurucular saxlayır. Onların batareyası cəmi 0,8 A*h-dır və əlavə 1,5 A*h enerji batareyası var.

Yığcam batareya havaya qalxaraq böyük dronun üstündə oturur. 

Hər uçan batareya böyük dronun vaxtını təxminən beş dəqiqə uzadır.

Dron-doldurucular bir-birlərini əvəz edərək dronun uçuşunu cərəyan qəbuledicilərlə daimi hala gətirirlər – komponentləri işlədiyi müddətcə

Komanda doldurucu dronlara dəqiq və rahat bir şəkildə yerə enməyi öyrətdikdən sonra onlar böyük dronun havada olma vaxtını beş dəfə artırıblar – 12 dəqiqədən bir saata kimi.

Bu, daha çox hərbçilər üçün aktualdır – məsələn, dron-müşahidəçinin missiyasını uzatmaq, həmçinin, fotoçəkiliş və yüksəklikdən xəritəçəkmə üçün.  Bəzi hallarda bir dronu digərinin kamerası ilə əvəz etmək daha asandır, amma əgər ona unikal avadanlıq quraşdırılıbsa yenidən yanacaqdoldurma tələb oluna bilər.

Növbəti mərhələdə mühəndislər bir drondan digərinə yanacaq doldurmanı öyrənəcəklər – əsas dron təmiz havada hərəkətdə olduğu vaxt.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR