Dərc edildi: Baxış sayı: 786
Amerikalılar Ayda olub? - Rusiyadan araşdırma təklifi
Rusiyanın “Roskosmos” şirkətinin rəhbəri Dmitri Roqozin amerikalıların Ayda olması ilə bağlı araşdırma aparmağı təklif edib.
Axar.az xəbər verir ki, Roqozin bunu Moldova Prezidenti İqor Dodonla birlikdə “Rusiya Kosmik Sistemlər” şirkətini ziyarəti zamanı deyib.
“Biz qarşımıza belə tapşırıq qoymuşuq – uçub yoxlamaq: onlar orada olublar, yoxsa yox. Onlar deyirlər ki, olublar. Biz də yoxlayacağıq”, - Roqozin bildirib.
Roqozinin sözlərinə görə, hazırda heç bir ölkə təkbaşına Ay proqramını həyata keçirə bilmir, ona görə də Rusiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı mümkündür.
Qeyd edək ki, ilk dəfə amerikalı Nil Armstronq Aya 1969-cu ildə ayaq basıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət