Slimfit
  1. DÜNYA

Amerikalı tibb bacısı ağlayaraq yalvardı: Evdə qalın! İnsanlar ölür!

Amerikalı tibb bacısı ağlayaraq yalvardı: Evdə qalın! İnsanlar ölür!
Sakura

ABŞ-da koronavirusla bağlı epidemik vəziyyət gündən günə ağırlaşır. 104 mindən çox insan koronavirusa…

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, Nyu-York ştatında xəstəxanaların birində işləyən Liya İlias adlı tibb bacısı facebook vasitəsi ilə insanlara rus dilində müraciət edib:

“Bu fəlakətdir. Xəstələrimizin 90%-i koronavirus infeksiyasına yoluxanlardır, onu ağır formada keçirirlər. Koronavirus insanları məhv edir. İnsanlar nəfəs ala bilmir. Onlara daim oksigen lazmdır. Bir çoxları süni tənəffüs aparatlarına qoşulub. Oksigen, avadanlıq çatışmır...

 

Xəstəxanalar doludur... Xəstəxanalarda heç bir sanitar şərait yoxdur. Dezinfeksiyaedici vasitələr çatışmır...

Maskalar çatışmır. Tibb bacısına günə 1 respirator, 1 qoruyucu önlük, xüsusi eynək və papaq verilir... Tibbi personal həddindən artıq yüklənib. 1 insan 17-18 xəstəyə baxır. Əynimizi dəyişə, su içə, yemək yeyə bilmirik. Gündə 1 dəfə qidalanırıq. Bütün xəstələr ağır vəziyyətdədir...

Mən eşitmişəm ki, insanlar heç nə olmamış kimi toy, ad günləri qeyd edirlər. Bu çox ciddidir! Əgər nəfəsalma problemləri olan xəstələr artarsa, biz onların hamsını oksigenlə təmin edə bilməyəcəyik. İnsanlar sadəcə ölməyə başlayacaq. Evdə qalın! Yalnız çox vacib hallarda evdən çıxın! İnsanlar ölür!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR