Slimfit
  1. DÜNYA

Amerikalı tarixdə ilk dəfə olaraq Antarktidanı təkbaşına keçdi

Amerikalı tarixdə ilk dəfə olaraq Antarktidanı təkbaşına keçdi
Sakura

Amerikalı tarixdə ilk dəfə olaraq Antarktidanı təkbaşına keçdi

Amerikalı ekstremal idmançı tarixdə ilk dəfə olaraq təkbaşına Antarktidada səyahət edib.

Oxu.Az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Qeyd olunur ki, Portlenddən olan 33 yaşlı Kolin O’Bredi təhlükəli ekspedisiyaya noyabrın 3-də başlayıb. Dekabrın 26-sı isə amerikalı səyahətini başa vurub. O, heç kimin yardımı olmadan qütb qitəsini 54 günə keçib. Dostları, ailəsi və sevənləri Kolinin 1500 kilometlik səyahətini internet üzərindən izləyiblər.  

“Mən bunu etdim!”, – deyə K.O’Bredi ailəsi ilə telefonla danışarkən söyləyib.

“Son 32 saat həyatım boyu ən çətin saatlar olsa da, həqiqəti söyləsəm, onlar mənə indiyə qədər hiss etdiyim ən gözəl hissləri yaşadıblar”, - deyə səyahətçi “Instagram”da bildirib. O qeyd edib ki, son 129 kilometri dayanmadan sutka ərzində qət edib.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR