Slimfit
  1. DÜNYA

Amerikalı politoloq: ABŞ-Rusiya münasibətlərinin gələcəyi Ağ Evdən asılıdır

Amerikalı politoloq: ABŞ-Rusiya münasibətlərinin gələcəyi Ağ Evdən asılıdır
Sakura

Amerikalı politoloq: ABŞ-Rusiya münasibətlərinin gələcəyi Ağ Evdən asılıdır

Amerikalı politoloq Dmitri Sayms bildirib ki, Rusiya Qərbə güzəştə getmək niyyətində deyil və daha Qorbaçovun vaxtındakı kimi alçaldıcı ssenarilərlə razılşamayacaq. Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,bu barədə o “National Interest” jurnalına verdiyi müsahibədə fikir bildirib.Onun sözlərinə görə, Moskva antirusiya sanksiyalarını aradan qaldırmaq istəyinə baxmayaraq, ciddi güzəştlərə getmək istəmir. Rusiyaya qarşı sanksiyalar o zaman faydalı alət olacaq ki, o təzyiq və təcrid vasitəsi kimi deyil, ölkənin daha çevik, daha yaxşı tərəfdaş olmasına hesablansın.“Rusiya öz iqtisadiyyatına görə ABŞ və Çindən geri qalmasına, enerji resurslarının ixracından asılılığına baxmayaraq, texnologiyalar, kosmosun fəthi, kibernetika, koronavirusa qarşı vaksinin hazrılanması sahəsində operativliyi göstərir ki, o inkişaf etmiş ölkədir”.Politoloq bildirib ki, Amerika - Rusiya münasibətlərinin gələcəyi ABŞ-dan daha çox asılıdır.“Əgər ABŞ hegemoniyadan başqa heç nəyə razılaşmasa, Moskva ona qarşısında çağırışlar edən böyük maneə olacaq. Rusiya ABŞ üçün çox vacib ölkədir ,çünki ABŞ-ı fiziki olaraq məhv etməyə gücü yetən tək ölkə də Ruisyadır. Bundan əlavə, rəsmi Moskva Çin və Qərb arasındakı rəqabətdə balanslaşdırıcı rol oynayır. Moskvanın dəstəyi Çinə cəsarət verir və onu ABŞ , ABŞ-ın müttəfiqlərinə qarşı daha cürətkar davranmağa səsləyir”,- deyə politoloq vurğulayıb.İlhamə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR