Dərc edildi: Baxış sayı: 408
Amerikalı milyarder: Zelenski ilə görüşmək istədim, ancaq...
Amerikalı milyarder Sem Kislinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü baş tutmayıb.
Axar.az xəbər verir ki, bu barədə amerikalı milyarder “Strana.ua” saytına açıqlamasında deyib. O bildirib ki, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər edən Ukrayna Prezidenti ilə görüşmək istəsə də, bu, baş tutmayıb:
"Zelenski çox məşğul idi və hər dəqiqəsi planlaşdırılmışdı. Mən onunla görüşə bilmədim".
Qeyd edək ki, mətbuatda Zelenskinin Nyu Yorka səfəri zamanı amerikalı biznesmen Sem Kislinlə görüşməsi barədə məlumat yayılmışdı. Lakin Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan məlumatı təkzib etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət