Slimfit
  1. MARAQLI

Amerikalı gəncin Azərbaycan sevdası

Amerikalı gəncin Azərbaycan sevdası
Sakura

Amerikalı gəncin Azərbaycan sevdası

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on səkkiz yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni çox heyrətləndirdi və qərara gəldim ki, onunla görüşüb yaxından tanış olum...

Haqqında söhbət açdığım Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birini təzə bitirib. Bir sıra asiya ölkələrinin tarixinə bələd olan bu gənc Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ on bir yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə əlaqədar səfər etməsi onda ölkəmizə maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb...

Matt "Facebook" internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlılarla tanış da olub. Onlarla vaxtaşırı əlaqə saxlayır, Azərbaycan haqqında fikir mübadilələri aparır...

Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan müsiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur. Azərbaycanla bağlı nələri bilirsən, deyə soruşanda: "Ölkəniz haqqında çox şey bilirəm"- söylədi. 
Sən demə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi mütamadi izləyir. Öz "Facebook" səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər də görürb. Qarabağ həqiqətlərini amerikalı həmyaşıdlarına, eləcə də avropa və asiyadan olan dostlarına çatdırmağa çalışır. Bu sizə problem yaratmır ki, sualıma Matt təbəssümlə cavab verib, bir neçə hadisə haqqında danışdı: “Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqrımı, ermənilərin vəhşilikləri haqqında şagird yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə "Facebook"da paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram”...

Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlmişdi...

Deyir ki,- "Nə qədər çətin olsa da, bacardığım qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacam və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcəm”...

Bəli, Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır. Amma hələ ki, bu arzusunu gerçəkləşdirə bilmir. İnanıram ki, ölkəmizdəki əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayan bu amerikalı gənclə tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR