Slimfit
  1. DÜNYA

Amerikalı astronavtların Aya enişi 2026-cı ilin sentyabrınadək təxirə salınıb

Amerikalı astronavtların Aya enişi 2026-cı ilin sentyabrınadək təxirə salınıb
Sakura

Amerikalı astronavtların Aya enişi 2026-cı ilin sentyabrınadək təxirə salınıb

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemida 2” və “Artemida 3” Ay missiyalarının buraxılışını bir il gecikdirib.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu idarənin direktoru Bill Nelson onlayn konfransda deyib.

"Təhlükəsizlik bizim əsas prioritetimizdir və biz “Artemida” komandalarına erkən inkişaf, əməliyyatlar və inteqrasiya ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt vermək istəyirik. “Artemida 2” missiyası indi 2025-ci ilin sentyabrına, “Artemida 3” missiyası isə 2026-cı ilin sentyabrına planlaşdırılır. Bu da insanların Ayın cənub qütbünə ilk dəfə enməsi olacaq. “Artemida 4” missiyası 2028-ci ilin sentyabr ayına nəzərdə tutulub”, - deyə B.Nelson bildirib.

Qeyd edək ki, NASA 2019-cu ilin yazında üç mərhələdən ibarət “Artemida” Ay proqramı layihəsini elan edib. Bunlardan birincisi (“Artemida 1) “Orion” kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını nəzərdə tutur. İkinci mərhələ (Artemida 2) göyərtəsində ekipajı olan gəminin Yerin təbii peyki ətrafında uçuşudur. Missiyanın üçüncü mərhələsi (Artemida 3) NASA astronavtlarının təxminən 2030-cu illərin ortalarında Aya endirmək və onları Marsa göndərməkdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR