Slimfit
  1. İQTİSADİYYAT

Amerikalı analitik dünyada ardıcıl defoltların olacağını təxmin edir

Amerikalı analitik dünyada ardıcıl defoltların olacağını təxmin edir
Sakura

Amerikalı analitik dünyada ardıcıl defoltların olacağını təxmin edir

Yaxın gələcəkdə bir neçə ölkə defolt elan edə bilər, deyə "J.P. Morgan International"-ın bazarlar üzrə şöbəsinin müdiri Devid Stabs bildirib. Ancaq hansı dövlətləri nəzərdə tutduğunu analitik açıqlamayıb.

*Defolt- borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır.

Stabsın sözlərinə görə, son zamanlarda öhdəliklərin yerinə yetirilməməsinə görə cəzaların yüksək olmaması bəzi ölkələri "rahatlaşdırıb". Bundan əlavə, defoltdan sonra bazarlar ümumiyyətlə qapılarını yenidən açır və "yalnız bir neçə il" sonra xarici maliyyələşdirməni bərpa edir. Bu səbəbdən, defolt yalnız borc verənlər üçün problemdir, analitik bildirib.

“İnkişaf etməkdə olan bazarlarda borc öhdəliklərinə sərmayə qoyan hər kəs bu bazarlarda defoltların uzun və rəngarəng tarixini nəzərə almalıdır. Orada bir çox ölkələr son onilliklərdə öhdəliklərini yerinə yetirməkdən imtina ediblər. Yenidən və yenidən", - Stabs vurğulayıb.

İqtisadçı onu da qeyd edib ki, ölkələrin problemi, bir qayda olaraq, defoltun özündə deyil, onun səbəblərində olur. "Əgər iqtisadiyyat defoltun astanasına gəlib çatıbsa, hətta bu barədə fikir yaranıbsa belə, aydındır ki, həmin iqtisadiyyat artıq stressdədir" deyən ekspert ölkələrin "borcların ödənilməməsi ilə bağlı qərara ölçüb-biçərək yanaşmalı" olduğunu əlavə edib. Çünki bu, onların nüfuzuna və gələcəkdə bazarlarda fəal iştirak etmək imkanlarına birbaşa təsir edir.

Analitkin fikrincə, dövlətlər problemlərin digər həll yollarını axtarmalıdırlar - məsələn, vergilərin artımı və ya aktivlərin satılması vasitəsilə, hətta " onlardan ayrılmaq çətin və siyasi ziddiyyətlər yaratmaq ehtimalı olsa belə".

Bununla yanaşı, analitik əmindir ki, qlobal bazarlarda stresli vəziyyətə baxmayaraq, hələ də dünya iqtisadi böhranı olmayacaq.

"Stressdə pik hədd bir neçə həftədən sonra keçəcək. Əlbəttə ki, bu dünya iqtisadiyyatı üçün çox çətin bir dövr olacaq. Çox şey ölkələrin siyasətindən, korona virusunun yayılmasına nəzarət etməkdən və iqtisadiyyat üçün mənfi halları minimuma endirmək qabiliyyətindən asılı olacaq”, - o deyib.

Qeyd edək ki, martın əvvəlində Livanın Baş naziri Həsən Diab, valyuta ehtiyatlarının kritik azalması səbəbindən dövlətin 1,2 milyard dollar məbləğində olan avropa istiqraz vərəqələrini geri qaytara bilməyəcəyini açıqlayıb. Hazırda bu ölkənin dövlət borcu ÜDM-in 170 faizini təşkil edir.

Mənbə: secretmag.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR