Slimfit
  1. TARİX

Amerikada mətbuat tarixi

Amerikada mətbuat tarixi
Sakura

Amerikada mətbuat tarixi

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy Zərdabidən bəhs edən və eləcə də Azərbaycan mətbuatının inkişaf yolu haqqında çıxışlar çox olacaq. Maraqlı olar deyə, dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın tarixi XVII əsrdən başlayır…

İlk dəfə bu işə 1690-cı ildə Benjamin Harris başlasa da, ilk mükəmməl qəzet “The Boston News-Letter” adıyla 1704-cü ildə Bostonda, Jon Kempell tərəfindən buraxılıb. Bir müddət sonra ABŞ-ın bir sıra şəhərlərində də qəzetlər işıq üzü görməyə başlayıb. Onların arasında ən yaxşı nümunə kimi Ceyms Franklinin buraxdığı “The New England Courant” qəzetini göstərmək olar. Həmin qəzet 1721-1727-ci illərdə işıq üzü görüb və o dövrün ən yaxşı qəzetlərindən biri sayılırdı…

1750-ci ildə ABŞ-da artıq 14 həftəlik qəzet buraxılırdı. 1765-ci ildə qəzet kağızına qoyulan vergi qəzetlərin fəaliyyətinə mənfi təsir göstərsə də, bir müddət sonra qəzetlərin sayı artaraq 35-ə çatmışdı. Bu qəzetlərin ümumi tirajı hər həftə 40 mini keçirdi...

Ümumiyyətlə, ABŞ-ın ictimai-siyasi həyatında qəzetlərin böyük rolu olub. Vətəndaş müharibəsi dövründə qəzetlər hərbi toqquşmalardan yazır, onların təfərrüatını ictimaiyyətə çatdırmağa çalışırdılar. Dinclik dövründə isə tənqidi yazılarla hökumət strukturlarının işinə ictimai nəzarət edirdilər…

Bir müddət sonra Nyu York, Filadelfiya, Vaşinqton və Boston şəhərlərində daha böyük tirajla çıxan qəzetlər meydana gəldi. Və bu qəzetlərin böyük əksəriyyətinin heç bir siyasi asılılığı yox idi. 1835-ci ildə Ceymsom Qordon tərəfindən ərsəyə gətirilən “The New York Herald” qəzeti onların arasında ən məşhuru kimi ictimaiyyət arasında böyük nüfuz qazanmışdı. Daha sonra partiyaları təmsil edən qəzetlər də işıq üzü görməyə başladı. 1841-ci ildən buraxılan “New York Tribune” qəzeti buna bariz nümunədir. Bu gün dünyada məşhur olan “New York Times” qəzeti isə 1851-ci ildən işıq üzü görür...

Bu nümunələrin sayını ardıcılıqla artırmaq da olar. Amma əsas məqsəd, online qəzetlərin çox olmasına baxmayaraq, ABŞ-da ənənəvi mətbuatın hələ də yaşamasını qeyd etməkdir. Bu gün nəinki müstəqil və ya siyasi partiyaların, hətta hər bir iri müəssisənin də öz qəzeti var. Mətbuat azadlığına gəldikdə isə Amerikada jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Burada jurnalistlərin əsas şüarlarından biri də: “Xəbərlər heç vaxt yatmır”-dır…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR