Slimfit
  1. ELM

Amerikada ilk dəfə xərçəngə qarşı peyvənd edilib

Amerikada ilk dəfə xərçəngə qarşı peyvənd edilib
Sakura

Amerikada ilk dəfə xərçəngə qarşı peyvənd edilib

Xərçəngə qarşı dərmanın yaradılması bütün bəşəriyyət üçün yeniliyə səbəb olacaq, lakin məlumdur ki xəstəliyi müalicə etməkdən daha çox qarşısını almaq yaxşıdır. Bu yaxınlarda Bloomberg xəbər verib ki, ABŞ alimləri insan üzərində xərçəngə qarşı xüsusiləşdirilmiş (yəni müəyyən pasient üçün yaradılmış) penvəndi sınaqdan keçirib.

Unikal penvəndi əldə edən ilk insan Qlenda Kliver oldu, maliyyələşdirmə isə Moderna Therapeutics startapı çərçivəsində reallaşdırılıb. Alimlər qızın genomunu araşdırıblar və orada bir sıra mutasiyalar aşkar ediblər. Mütəxəssislərin fikrincə bu mutasiyalar gələcəkdə müxtəlif növ xərçəngin yaranmasına gətirib çıxara bilərdi. Qlendanın ribonuklein turşusu əsasında potensial təhlükəli olan 20 zülala istiqamətləndirilən molekul dəstinin düzgün “təlimatı” ilə peyvənd yaradılıb. Hazırda pasient özünü yaxşı hiss edir, lakin alimlər Qlendaya nəzarəti davam etdirirlər.

Qeyd edək ki, bu belə peyvəndin yaradılmasında ilk deyil. 2010-cu ildə Dendreon şirkəti oxşar preparat hazırlamışdı, lakin onun istehsalı çox baha idi və öz effektivliyini sübut edə bilməmişdi. Amerikalı tədqiqatçılardan həmkarları da geridə qalmır. Məs: alman şirkəti BioNTech melanomaya qarşı peyvəndin araşdırma mərhələsini yekunlaşdırıb, Gristone Oncology korporasiyası isə 2018-ci ildə xərçəngə qarşı polivaksinlərin sınaqlarını planlaşdırır. Bundan başqa Neon Therapeutics alimləri artıq növbəti ildə sidik kisəsinin xərçəngi, böyrək xərçəngi və melanomaya qarşı özlərinin peyvəndinin sınaqlarının ilk nəticələrini əldə edəcəklər. Peyvəndin hazırlanmasına çoxlu sayda şirkətin böyük marağını nəzərə alaraq inanırıq ki, belə dərman yaxın vaxtlarda hazırlanacaq və yüzlərlə insanın həyatını xilas edəcək.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR