Slimfit
  1. MARAQLI

Amerikada hər kəs öz ölüsünü sata bilər

Amerikada hər kəs öz ölüsünü sata bilər
Sakura

ABŞ-da cəsəd ticarətilə bağlı yeni bir bazar yaranıb: şirkətlər yoxsul ailələrin yaxınlarının cənazə…

Amerika Birləşmiş Ştatlarda hər kəs öz ölüsünü sata bilər.

  “Reuters” agentliyində çıxan yazıya görə, ABŞ-da cəsəd ticarətilə bağlı yeni bir bazar yaranıb: şirkətlər yoxsul ailələrin yaxınlarının cənazə əməliyyatlarını pulsuz yerinə yetirmək qarşılığında ölən adamı alır, bədən parçalarını satışa çıxarır.

  Yaxınlarının cəsədlərini tibbi araşdırmalar üçün bağışlamaq istəyən ailələr üçün cənazə əməliyyatları həyata keçirən “Southern Nevada” şirkəti aldığı cəsədləri parçalara ayırdıqdan sonra bəzi hissələri müəyyən məbləğ mənfəət qarşılığında tibbi araşdırmaçılara, təhsil qurumlarına və başqa potensial müştərilərə satır. Hər il tibb elminə fayda düşüncəsiylə bədənlərini bağışlayan minlərlə amerikalı əslində bu ticarətin iştirakçıları olur.

  Bundan başqa, cəsəd tacirləri ölkədə nəql edilə bilməyən “toxuma bankları” kimi də tanınır. Lakin bu qurumlar ABŞ-da dövlətin yaxından təqib etdiyi orqan və toxuma nəqli sənayesindən çox fərqlidir. Ölkədə ürək, böyrək və tendon (sümüyü ətə bağlayan liflər) satışı yasaqdır, amma tibbi araşdırma üçün bədən hissələri və meyit satışını qadağan edən qanun yoxdur. Orqan və bədən elmə və tibbi tədqiqata böyük töhfələr versə də, bu sahənin ticarətə dönməsi hüquqdan kənar gizli cinayətlərə və sui-istifadəyə də səbəb olur.

  “Reuters”in açıqladığı rəqəmlərə görə, 2011-2015-cı illər arasında Nyu-York, Virciniya, Oklahoma və Florida ştatlarında özəl şirkətlərə 50 min cəsəd bağışlanıb və şirkətlər 182-dən çox orqan satıb. Üç il ərzində təkcə “Southern Nevada” şirkəti 12,5 milyon dollar qazanıb. Bu şirkətlər adətən bağışlanan orqanları 3 - 10 min dollar arası satırlar. Bacaq və gövdə üçün 3575, baş üçün 500, ayaq üçün 350, onurğa üçün 300 dollar alınır.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR