Slimfit
  1. AZƏRBAYCAN

Amerika Yəhudi Komitəsi Azərbaycana təşəkkür edib

Amerika Yəhudi Komitəsi Azərbaycana təşəkkür edib
Sakura

Amerika Yəhudi Komitəsi Azərbaycana təşəkkür edib

Sentyabrın 27-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazir Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Komitə nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini vurğulayaraq bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

E.Məmmədyarov tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Nazir Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun beynəlxalq səviyyədə təşviq olunmasına verdiyi töhfəni vurğulayaraq bu xüsusda ölkəmizdə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR