Dərc edildi: Baxış sayı: 382
Amerika missioner təşkilatı Ağdərədəki erməni uşaq bağçasını belə təmir etdirdi
ABŞ dövlət rəsmiləri nə qədər desələr də ki, bizim belə təşkilatların Qarabağda gördüyü işlərdən xəbərimiz yoxdur, buna inanmaq sadəlöhvlük olar...
ABŞ-da qeydiyyatdan keçmiş və fəaliyyət göstərən Amerika Erməni Missioner Assosiasiyası Azərbaycanın işğal altındakı, inzibatı cəhətdən Tərtər rayonuna aid olan Ağdərə şəhərində uşaq bağçalarından birini yüksək səviyyədə təmir etdirib.
Moderator.az xəbər verir ki, bu haqda ingilisdilli separatçı erməni nəşrləri həmin Amerika təşkilatının “Artsax” fondunun sosial məsələlər üzrə koordinatoru Lusine Qayryana istinadla məlumat yayıb. Hər cür lazımi şəraitlə təmin olunmuş müəssisə 70 uşaq üçün nəzərdə tutulub. Amerikalı ermənilər bağçaya yeni mebellər də bağışlayıb.
P.S. ABŞ dövlət rəsmiləri nə qədər desələr də ki, bizim belə təşkilatların Azərbaycanın işğal altındakı torpaqlarında gördüyü işlərdən xəbərimiz yoxdur, buna inanmaq sadəlöhvlük olar. Bunu orta məktəb şagirdləri də bilir ki, xüsusən missioner təşkilatlarının fəaliyyəti birbaşa dövlətin xüsusi xidmət və kəşfiyyat orqanları ilə uzlaşdırılır.
Məgər Osmanlı kimi nəhəng dövləti Britaniyanın, ABŞ-ın, Fransanın, Vatikanın və s. missioner təşkilatları vəhhabiləri, erməniləri, yunanları, kürdləri və s. radikallaşdırıb üsyanlara vadar etməklə çökürtmədi?..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət